“Dünya çempionu olmaq istəyirəm" - MESSİ

Baxış sayı:
3767

"Barselona"nın futbolçusu Lionel Messi açıqlama verib.

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, argentinalı oyunçu dünya çempionu ola bilməməsi haqda danışıb:

"Dünya çempionu olmaq istəyirəm, ancaq bunun üçün karyeram ərzində qazandıqlarımdan imtina edə bilmərəm. Tanrı mənə bunları verdi və bunun üçün çox xoşbəxtəm.

Bu ana qədər qazandıqlarımı heç vaxt xəyal etməzdim. Xəyal edə biləcəyimdən çox şey qazanmışam".