Dünya çempionatına vəsiqə qazandı, ölkədə tətil elan edildi

Şimali və Mərkəzi Amerika zonasında mübarizə aparan Panama millisi tarixi ərzində ilk dəfə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Muxalifet.az xəbər verir ki, millinin tarixi uğuru ilə bağlı Panama Prezidenti Xuan Karlos ölkədə bir günlük bayram tətili elan edib.
Qeyd edək ki, Panama yer aldığı qrupda son turda Kosta-Rikanı 2:1 hesabı ilə məğlub edərək DÇ-2018-ə vəsiqə əldə edib.