Dünya bu meymunların qaçış planından danışır – ANBAAN VİDEO

Baxış sayı:
7159

Bizə zooparkda heyvanları izləmək çox xoşdur. Amma onlar həmişə heyvanxanadan qaçmaq haqqında düşünürlər. Son vaxtlar buna bənzər xəbərlər çox eşidirik.
Muxalifet.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfast zooparkında şimpanze qəfəsdən qaçıb. Qəfəs deyəndə söhbət heyvanlar üçün volyer adlanan ayrıca ərazidən gedir. Orada barmaqlıqlar olmur, amma eyni zamanda heyvanların kənara çıxması imkansız görünür. Buna baxmayaraq, şimpanze imkansızı həyata keçirib. Ağac budağı tapan heyvan bundan istifadə edərək, hasarı aşıb. Bunu zooparka gələn adamlardan biri videoya da çəkib.
Şimpanze çox uzağa gedə bilməyib. Zoopark əməkdaşlarından biri onu tutub geri qaytarıb.
2001-ci ildə Budapeşt zooparkından iki şimpanze qaçmağı bacarmışdı. Onda heyvanlardan biri çoxmənzilli binaya soxulmuşdu. Digər şimpanze isə pivə içib sərxoş olmuşdu.