Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

Baxış sayı:
4081

Avropa Xalq Partiyasının lideri, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tuskun ABŞ Prezidenti Donald Trampın kürəyinə “silah” dirədiyi foto bütün dünyada gündəmə çevrilib. “CNN Türk” xəbər verir ki, sözügedən fotonu Tusk “Twitter” hesabında paylaşıb. Fotoda Tusk iki barmağını ABŞ Prezidenti Donald Trampın kürəyinə silahabənzər şəkildə tutub Tusk fotonu “dövri turbulentliklərə baxmayaraq, transatlantik dostluğumuz davam etməlidir” başlığı ilə paylaşıb. Rəsmilərin geyimləri nəzərə alınaraq fotonun ötən il Kanadada təşkil olunan G7 zirvəsində çəkildiyi bəlli olub. Hələlik ABŞ prezidenti paylaşıma heç bir reaksiya verməyib.//Oxu.az