​Dünya Bankı Azərbaycanla bağlı PROQNOZUNU DƏYİŞDİ

Baxış sayı:
2416

Dünya Bankı (DB) 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,8% artacağını proqnozlaşdırır.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu ilin yanvarında DB Azərbaycanda 0,9% iqtisadi artım gözləyirdi.
Bankın açıqlamasına görə, “Şahdəniz” yatağının II mərhələsinin işə düşməsi, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar orta müddətdə Azərbaycanda ÜDM-in artımı sürətlənəcək.
O da qeyd edilir ki, ÜDM-in artımına neft hasilatının stabilləşməsi və dünya bazarında “qara qızıl”ın qiymətinin yüksək olması da təsir göstərir: “Neftin qiymətinin bahalaşması dövlət investisiyalarının artımına təsir edir”.
Qeyd edək ki, hökumət cari ildə ÜDM-in 1,5% artımını gözləyir. 2017-ci ilin rəqəmlərinə görə, ölkədə ÜDM 0,1% olub.