DÜNYA 2030-da NECƏ OLACAQ - AVROPANIN SONU GƏLİR?/ Təhlil

Baxış sayı:
628

Bir neçə gün sonra, 31 yanvarda əksəriyyətin dəstəyi ilə Boris Johnson İngiltərə ilə Avropanın təxminən 40 illik sərgüzəştinə son qoyacaq. Beləliklə, 2020-ci il Aİ üçün ən böyük iqtisadiyyatı olan və əsas Avropa ölkələrindən birinin çıxması ilə başlayır.
2016-cı il referendumundan əsl çıxışa qədər cəmi dörd il keçdi. Dörd onillik nigahdan sonra boşanma üçün çox uzun müddət deyil.
Breksit bitəndən sonra digər dövlətlərin də yaxın illərdə AB-dən çıxacağını demək olarmı? Paris Siyasi Tədqiqatlar İnstitutunun Avropa işləri üzrə mütəxəssisi Kristian Leken belə düşünmür. “Breksit İngiltərənin xüsusiyyətidir. Ölkələrin heç birində, hətta Avropa birliyniə şübhə ilə yanaşanların çox olduğu ölkələrdə əksəriyyət AB-dən çıxmağın tərəfdarı deyil. Macarıstan, Polşa və İtaliyadakı seçicilərin əhəmiyyətli hissəsi həqiqətən Brüsseli və Aİ-nin işini kəskin şəkildə tənqid edir. Son dörd il ərzində aparılan danışıqlarda İngilislər bəzi ölkələri ələ keçirməyə, bəzi ölkələri güclü və varlı Böyük Britaniya ilə ittifaq naminə Avropadan imtina etməyə məcbur edə bilər. Ancaq bu baş vermədi. İngilislərin AB-ni parçalamaq cəhdləri nəticəsiz qaldı.

Hətta bir sıra ölkələrdə müşahidə olunan miqrasiya və maliyyə böhranına baxmayaraq. Hər kəs başa düşür ki, vahid bazar tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, fayda da verir. Avropalılar Londonla vahid cəbhədə razılığa gəlmək üçün fikir ayrılıqlarını kənara qoymuşdular.
Eyni zamanda, Avropa dəyərləri ilə bağlı fikir ayrılıqları daha mürəkkəbdir. Macarıstan və Polşa, İngiltərənin uymadığı AB dəyərlərini (bu məsələdə, Almaniya və Fransa ilə birlikdədir) müzakirə edir.
Viktor Orban və Polşa hökuməti xristian dəyərlərini təbliğ edir, eyni cinsli evliliyi, əxlaqi dəyərlərin elastikliyini  qınayır ... İngilislər heç vaxt oxşar şeyləri etməyiblər.
Növbəti on il ərzində Avropa onu parçalayan mərkəzdənqaçma qüvvələri ilə mübarizə etməli olacaq. Ancaq həyati əhəmiyyətli iqtisadi maraqlar onu birləşdirəcək. Yəni siyasi və inzibati status-kvo gözləməyə dəyər. Avropa layihəsinin, yalnız güclü iqtisadiyyat deyil, həm də siyasi məkan formasında qurmağı xəyal edən qurucu atalar və onların davamçılarının təsəvvür etdiyi formada yavaş-yavaş erroziyası gedir.

İndi həqiqətən enişin qarşısını almaq istəyən yeganə Avropa lideri Emmanuel Makrondur. O, tamamilə düzgün nəticə çıxardı, amma metodları faydasızdır. Dəyişikliyi qətiyyətlə təsdiqləyən Almaniya ilə ənənəvi ittifaq artıq işləmir. Merkel siyasi karyerasının sonuna yaxınlaşır, lakin onun varisi ilə hər şeyin mürəkkəb olacağı görünür. Siyasi səhnədə mühafizəkar hərəkat olan "Almaniya üçün alternativlər"in mövqeyinin möhkəmlənməsindən narahat olanlarla iğtişaş olacaq. Sosial Demokratlar isə bu gün almanları öz tərəflərinə çəkə bilmirlər. Macron, almanları Avropa layihəsinə yeni təkan verməyə inandırmağa çalışır.
Yaxın on ildə populistlərin çiçəklənməsi davam edəcək. Bu təkcə Avropaya aid olmayan uzun bir prosesdir. Fakt budur ki, siyasi debatlar indi sol və sağlara bölünmə ətrafında deyil, dünyanın mənzərəsi haqqında qurulur. Qloballaşma proteksionizmə qarşı. Kapital əməyə qarşı. Elita orta sinifə qarşı. İmmiqrasiya dünyanın açıq olmasına qarşı. Bu suallar bütün demokratik ölkələrdə var. Buna görə populizm çiçəklənməyə davam edəcək və Aİ belə bir şəraitdə ideal “günah keçisi” olacaq.
Bütün bunlarla birgə, AB-nin dağılması və ya inzibati inqilab inandırıcı deyil. Güc balansının qalib gəlmək şansı inandırıcıdır
Əlbətdə ki, populistlər eyni vaxtda bütün əsas
açar ölkələrdə qələbə qazanmasalar.

Qarşıdakı onillik AB üçün böyük əhəmiyyət daşıyır. Biz bunu strateji məsələlərdə görürük, belə ki, ABŞ Avropanı özünə tərəf çəkir. Buna baxmayaraq, bu sahədə heç bir ciddi irəliləyiş qeyd oluna bilmir. Eyni şey Çinə də aiddir. Bu, AB üçün də vacib məsələdir, çünki, Avropa yeni dünya gücü ilə münasibətlərini aydınlaşdırmalıdır. Hər AB ölkəsi öz başına hərəkət edir. Çinlilər əvvəlcə Yunanıstanı, sonra isə Portuqaliya və İtaliyanı öz tərəflərinə çəkə bildilər ... AB-nin birləşməməsini və güclü olmamasını istəyirlər”.
"Le Point"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az