Dünən Malatyaya enən Rus təyyarəsinin sirri çözüldü

Baxış sayı:
11401

Dünən Rusiya Hava Qüvvələrinə aid sirrli bir təyyarə Malatya Erhaç hava lımanına endi. Qaynaqlar hərbi təyyarənin Malatya üzərindəykən radar təqib sisteminin nasazlığı ucbatından Malatya Erhaç Aerodromuna endiyini ifadə ediblər.
 
Qeyd edək ki, Rus hərbi təyyarəsinin S-400-lərin yerləşdirilməsi ilə əlaqədar hərbi bir heyəti daşıdığı iddia edilirdi.
Hərbi qaynaqların məlumatına əsasən Rusiya Hava Qüvvələrinə aid Tu-154B-2 tipli hərbi təyyarəsi Türkiyənin verdiyi icazə ilə Rusiyanın Suriyada Lazkiyədəki hərbi bazasına getməli imiş. Ancaq Malatya üzərindəykən radar təqib sistemi sıradan çıxdığı üçün Malatya Erhaç Aerodromuna enib. Aerodroma gələn mütəxəssislər nasazlığı aradan qaldırıb və təyyarə dünən Lazkiyədəki Hmeymim Hava bazasına enib.
Müxalifət.az