​Dünən ləğv etmişdi, bu gün fikrini dəyişdi - Trampdan Kim Çen İn AÇIQLAMASI

Baxış sayı:
4666

Şimali Koreya ABŞ prezidenti Donald Trampın dünən Kim Çen İnlə iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü ləğv etməsinə münasibət bildirib.
Muxalifət.az xəbər verir ki, rəsmi Pxenyan “ABŞ-a yenə də görüşmək istəyirik” deyə bəyan edib.
Tramp Pxenyanın bu mövqeyindən məmnun qaldığını bildirib.
“Şimali Koreyanın səmimi açıqlaması çox yaxşı xəbərdir” – deyə Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, Tramp dünən Şimali Koreya lideri Kim Çen İnin sərt açıqlamalarına görə onunla planlaşdırılan görüşü ləğv etdiyini açıqlamışdı.