Dünən bölənlər BU GÜN BÖLÜNÜRLƏR – AVROPA BÖLÜNMƏKDƏN QORXUR

Avropa Parlamentinin sədri Antonio Tajani Katalonyadaki müstəqillik təşəbbüsünü heç bir Avropa Birliyi (Aİ) ölkəsinin tanımaq istəmədiyini bildirərək, "Aİ bölünməkdən qorxmalıdır və qorxur" - deyib.
 
İspaniya və İtaliyadakı prosesləri dəyərləndirən Tajani, Katalonyadaki prosesləri yaxından izlədiyini və vəziyyətin getdikcə ciddiləşdiyini bildirib. Katalonyanın müstəqillik istəyinin İspaniya hüquq və konstitusiyasına zidd olduğunu bildirən Tajani, "Aİ bölünməkdən qorxmalıdır və qorxur. Bu səbəblə Avropa ölkələrinin hamısı Katalonyanın müstəqillik təşəbbüsünü dəstəkləməyəcəyini açıq şəkildə bildirir" deyə, qeyd edib.
Britaniyanın Aİ-dən ayrılma prosesində olmasına baxmayaraq bu məsələdə bizimlə birgə hərəkət etdiyini qeyd edən Tajani, İngiltərənin də Katalonyanın müstəqilliyini tanımayacağını xatırladıb. Kataloniya referendumunda gördüyü bəzi səhnələrdən narahat olduğunu bildirən Tajani, İspaniyanın milyonlarla vətəndaşının qətiyyəti ilə qurulan bir demokratiyanın olduğunun unudulmaması lazım olduğunu deyib. Tajani, İtaliyada Lombardiya və Veneto bölgələrində keçirilən referendumun isə Katalonyadan fərqli olduğunu qeyd edib.

Müxalifət.az