​Dumada rus hərbi polisləri FƏALİYYƏTƏ BAŞLADI

Baxış sayı:
3022

Rusiya hərbi polisi Suriyanın Duma şəhərində fəaliyyətə başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Nazirlikdən şəhərdəki vəziyyətin getdikcə normallaşmağa başladığı bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl Suriya hökuməti Şərqi Qutanın müxaliflərin nəzarətində olan Duma bölgəsində nəzarəti tamamilə ələ keçirdiyini açıqlamışdı.