Dükandan insanların “borc dəftərini” satın aldı

Baxış sayı:
9250

Türkiyədə Lüleburgaz mahalında bir xeyriyyəçi Ramazan ayında ehtiyac sahiblərinə kömək etmək üçün bir baqqaldan 6 min lirə qarşılığında “borc dəftərini” satın alıb.
 
Ozerler məhəlləsində bir xeyriyyəçi baqqal işlədən Qədir Halaca zəng edərək əhalinin borc dəftərini almaq istədiyini söyləyib.
Halac borc kitabını sata biləcəyini deyəndən sonra xeyriyyəçi ilə borc dəftərini 6 min lirə müqabilində anlaşıblar.
Halac Osmanlı dönəmindəki Ramazan ayında zənginlərin kasıbların baqqaldakı borc dəftərlərini satın alması ənənəsini yenidən qaytardığı üçün məmnunluğunu ifadə edib.
Qədir Halac bu chadisənin ona çox təsir etdiyini bildirib: "Bu bir Osmanlı ənənəsidir, bunu bizim babalarımız edirdilər, çox təsirləndik bu hadisədən. Borc kitabını aldı, pulu verdi, kitabı çantasına qoyub, getdi".
Borc dəftərinin satın alınmasının borcu olan insanların göz yaşlarına səbəb olduğunu deyən Halaç, bunları qeyd edib:
"Borc kitabını satdıqdan sonra bir müştəri təxminən 700 lirə borcunu ödəməyə gəldi, bir ay əvvəl həyat yoldaşının səhhətində problem yaranmışdı deyə borcu ödəməyə çətinlik çəkirdi. Dükana gəldi və “borcum nə qədərdir” deyə sordu, mən də “borcun ödənib” dedim. Çox təəccübləndi. Hadisəni anladandan sonra göz yaşlarını saxlaya bilmədi.
Müxalifət.az