Dugindən Türkiyəyə XƏBƏRDARLIQ: “B” PLANINIZI HƏYATA KEÇİRİN

 Rusiya Prezidenti Vladimir Putinin müşaviri Aleksandr Dugin, Türkiyəyə ABŞ-dan gələcək iqtisadi sanksiyalara qarşı xəbərdarlıq edib.
 
Türkiyədə hərbi çevrilişə cəhddən bir gün əvvəl "Orduda bir hərəkətlənmə var" deyə, xəbərdarlıq edən rus strateqi Duqin, Türkiyəyə yenidən xəbərdarlıq edib, ancaq bu dəfə çevrilişlə bağlı deyil, ABŞ-dan gələcəyi ehtimal edilən iqtisadi sanksiyalara qarşı.
 
TÜRKİYƏNİN QƏRBLƏ İTTİFAQI SONA ÇATDI”
 
 İraqın işğalı və ABŞ-la yaşanan böhranın ardından (Hökumət böhranından bəhs edir), Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb, Türkiyəni öz arasına almaq istəmir. ABŞ, Kürdləri dəstəkləyərək Türk dövlətinə təhlükə yaradır. Ərdoğan, həm Müsəlmanlar, həm də Qərblə müttəfiqlik etdi. Nəticə? Çevriliş cəhdi. ABŞ çevrilişi İslamçı ideologiya, FETÖ-nu istifadə edərək təşkil edib. Davudoğlunun Suriya siyasəti də başqa bir misaldır. Bu da yenə İslamçı və Qərb ideyalarının qarışığıdır. Bu gün işlərin gəldiyi nöqtə Ərdoğana Qərblə münasibətlərin bitdiyini göstərdi.
 
 "ƏRDOĞAN NƏ QƏDƏR MÜSTƏQİLDİRSƏ, O QƏDƏR QƏRBİN HƏDƏFİDİR”
 
Ərdoğan nə qədər çox müstəqil olmaq istəsə, o qədər çox Qərbin hədəfi olacaq. Əgər Türkiyə bütov qalmaq istəyirsə, bunu Qərb düşərgəsinin içində edə bilməyəcək. Türkiyə Böyük Millət Məclisinəə o bombaları Rusiya yağdırmadı.
 
 "PUTİNİ ƏRDOĞAN MƏSƏLƏSİNDƏ İNANDIRDIM”
 
 Bəli, köməyim oldu, çünki Türkiyə ilə müharibə həddinə gəlmişdik. Amma onu da deyim ki, prezident Putin o qədər də asan təsir edilə biləcək biri deyil. Putin, rasional və realist biridir. Əgər ortada ciddi dəlillər varsa, qiymətləndirir.
 
 "PUTİNİ ÇEVRİLİŞİ DƏSTƏKLƏMƏSİ ÜÇÜN İNANDIRMAĞA ÇALIŞDILAR”
 
 Türk ordusunu çox həfifə aldılar. Ergenekon və Balyozdan sonra orduda Ərdoğanı dəstəkləyən kimsənin qalmadığını düşündülər. Amma ordudakı Atatürkçülər Ərdoğanı dəstəklədi. MKİ o gecə Rusiya və Türkiyə arasındakı rabitə kanallarını kəsməyə çalışdı.
 Putini Türkiyə əleyhinə bir mövqe almağa inandırmağa çalışdılar. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağını, daxili müharibə olacağını və Rusiyanın bu müharibəni öz xeyrinə istifadə edə biləcəyini söylədilər. MKİ Putinin ətrafındakı bütün təsir edə biləcək adamları hərəkətə keçirdi. Lakin Putin razı olmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Çevrilişdən sonra Kürdlər üsyan çıxar mağa hazırlaşırdılar.
 
  "ABŞ ZƏİF NÖQTƏNİZDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞACAQ”
 
 Bir çox amili bir araya gətirəcək strategiya həyata keçirəcəklərini düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita içərisində Ərdoğan əleyhinə narazılıq yaratmaq kimi bütün zəif nöqtələri istifadə etməyə çalışacaqlar.
Qəti olaraq bütün iqtisadi münasibətlərdən istifadə edəcəklər. Daim təcavüz altında olacaqsınız. İrana, Rusiyaya sanksiya tətbiq olunduğu kimi, əminəm ki, Türkiyəyə də sanksiya tətbiq edəcəklər. İqtisadiyyatınızı xilas etmək üçün B planını həyata keçirməlisiniz.
 
 "ƏSL HƏDƏF KARLOV DEYİLDİ, ƏRDOĞANDI”
 
Rusiyanın reaksiyası təbii ki bu dəfə fərqli oldu. Təsəvvür edirsinizmi, səfiri öldürülür və Rusiya heç bir şey etmir. Çünki hər şey çox açıq idi. Əsl hədəf elçi deyildi, Ərdoğandı. MKİ- mı istifadə edib bilmirəm, amma FETÖ-nun etdiyi açıq ortada idi. Ərdoğana güvənirik və artıq Rusiyada Ərdoğana qarşı təxribat etmək asan deyil.
 
  "ABŞ, KÜRDÜSTANI ƏVVƏL SURİYADA YARATMAQ İSTƏYİR”
 
 İran, Türkiyə, Rusiya, Suriya və İraq... Hamımız bir araya gəlir və Kürdlərə onları qane edəcək bir şey təklif etsək, öz təhlükəsizliyimizi təmin etmiş olarıq. Kürd kimliyini gizlətməməliyik. Çünki biz belə etdikcə, onlar ABŞ-ın və İsrailin əlinə düşürlər. Yaxşı döyüşürlər; onların Amerikan imperializminin kuklası olmalarına mane olmalıyıq.
Müxalifət.az