“Düdelanj” - “Qarabağ”: start heyətlər açıqlandı - YENİLƏNİR

Baxış sayı:
637

"Qarabağ" və "Düdelanj" (Lüksemburq) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Düdelanj": 1.Conatan Juber (k), 5.Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

***

08:00

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

“Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.

Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter

Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)

Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)

“Jozi Bartel” stadionu.