​Dubayda “ağıllı” polislər peyda oldu – İLK DƏFƏ

Dubayda tam avtomatlaşdırılmış “ağıllı” polis məntəqəsi açılıb.
Axar.az xəbər verir ki, bu, dünyada ilk belə polis məntəqəsidir. Məntəqəyə müraciət edənlərə 60 cür xidmət göstəriləcək. Onlar qanun pozuntusu, yol qəzası və digər hadisələr barədə məlumatlar ala bilərlər.
Polislərlə danışıq videoəlaqə və elektron şəbəkə vasitəsilə həyata keçiriləcək. “Ağıllı” polis məntəqəsi 24 saat işləyəcək.
Sözügedən polis məntəqəsinin Dubayın digər yaşayış və ticarət rayonlarında da açılması planlaşdırılır.