Dubay şeyxinin arvadı qaçdı!

Baxış sayı:
9754

Dubay şeyxi Məhəmməd əl Maktum-un altıncı həyat yoldaşı, şahzadə Haya əl Hüseyn-in iki uşağıyla birlikdə ölkədən qaçdığı iddia edilir. Daha əvvəl də qızı şahzadə Lətifə ölkədən qaçmağa çalışarkən tutulmuşdu.
 
Dubay şeyxinin arvadı şahzadə Hayanın bir Alman diplomatın köməyiylə ölkədən qaçdığı, Almaniyadan siyasi sığınacaq istədikdən sonra bu anda Londonda gizləndiyi iddia edilir. Oxford Universitetində təhsil alan və 2004-cü ildə Dubay şeyxi Əl Məktum ilə evlənən şahzadə Haya (45), İordaniyanın keçmiş kralı Hüseynin qızı və indiki İordaniya kralı 2-ci Abdullahın ögey bacısıdır. Şahzadə Haya ilə əlaqədar iddialar, keçən il şeyxin qızı şahzadə Lətifənin təzyiqlər səbəbiylə ölkədən qaçma və ABŞ-dan siyasi sığınacaq alma cəhdindən sonraya təsadüf edib. Lətifənin (31) bir yaxta ilə ölkədən qaçmağa çalışarkən, Hind okeanında tutularaq ölkəyə geri gətirildiyinə dair xəbərlər mətbuatda əks olunmuşdu.
 
31 MİLYON STERLİNQLƏ QAÇDI
 
Sosial mediada aktiv olan şahzadə Hayanın fevral ayından bu yana hər hansı bir paylaşma etməməsi, may ayından bəri də ortalıqda görünməməsi şübhələri artırıb. 31 milyon sterlinqlə xaricə qaçdığı ifadə edilən Hayanın boşanmaq istədiyi də iddia edilir.
Müxalifət.az