DTX tərəfindən saxlanılan XİN-nin Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirildi

Baxış sayı:
3178

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır.

Xatırladaq ki, F.Bağırov DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.