DTX-nın həbs etdiyi icra başçısı bu maddələrlə ittiham olunur…

Baxış sayı:
1402

Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində elan olunan maddələr məlum olub.
Məlumata görə, Mahir Quliyevə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Xatırladaq ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mahir Quliyev aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib./Demokrat.az