​DTX-nın həbs etdiyi icra başçısı barəsində qərar verildi - MƏHKƏMƏ HÖKMÜ / Yenilənib

Baxış sayı:
2734

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Muxalifet.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

***

​DTX-nın həbs etdiyi icra başçısı məhkəməyə gətirildi – AZ SONRA QƏRAR VERİLƏCƏK…

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb./Report