​DTX GENERALIN HƏBSİ İLƏ BAĞLI AÇIQLAMA YAYDI - DSX-dakı əməliyyat zamanı həbs olunanların adları bəlli oldu

Baxış sayı:
4183

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
DTX-nin rəsmi saytında xəbər verilir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Muxalifet.az