​DTX erməni terrorçuları ilə bağlı arxivləri açdı

Baxış sayı:
4648

Azərbaycanın Dövlət Təhülkəsizlik Ximdəti erməni terrorçu-daşnak qüvvələrinin əməlləri ilə bağlı arxiv sənədlərini qurumun rəsmi səhifəsində yayımlayıb.
DTX-nın İctimaiyyətlə Əlaqələr Şöbəsi xəbər verir ki, müasir Ermənistanda terrorculuq və faşizm ideologiyası dovlət siyasətinin ayrılmaz tərkib hissəsinə cevrilmişdir. Bu ideologiya bünövrədən qonsu dovlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, turklərə və digər xalqlara qarsı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman oz məkrli hədəflərinə catmaq ucun ən çirkin usullardan istifadə etmis, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermis, himayə etmiş car və sovet Rusiyasına qarsı cıxmaqdan belə cəkinməmislər. 
Dovlət Təhlukəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Dasnaksutyun” partiyasının, habelə İkinci Dunya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amasızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb. 
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib.