DSQ bunu da etdi: Gənclərin qarşısını belə alır

Baxış sayı:
7963

Demokratik Suriya Qüvvələri (DSQ) Suriya hökumətinin nəzarətindəki bölgələrə qayıtmaq istəyən gənclərin qarşısını almaq üçün Fərat çayının qərbindəki nəzarət-buraxılış məntəqəsini bağlayıb.
Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, sözügedən addımla DSQ gənclərin Suriya ordusunun sıralarına qatılmasına əngəl olmağa çalışır.
Rakkadakı yerli mənbələrin verdiyi məlumata görə, 4 fevral axşamı Rakkanın qərbindəki Əl-Səlahiyə və Əl-Tabka nəzarət məntəqələri DSQ tərəfindən bağlanılıb. Suriya hökumətinin nəzarətindəki ərazilərə keçmək istəyən vətəndaşlara icazə verilmir.