DSMF-nin Göyçay Şöbəsinin müdiri məhkəmə qərarına məhəl qoymur – KAMRAN XƏLİLOV 2-ci QRUP ƏLİLİN HAQQINI “YEYİR”

Baxış sayı:
6331

Göyçay rayonu Nizami küçəsi ev 69-da yaşayan 2-ci qrup əlil İsmayılova Xatirə Talıb qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçi Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovdan narazılığını bildirir. Onun sözlərinə görə, K.Xəlilov Şəki İnzibati-İqtisad Məhkəməsinin barəsində çıxarılan qərarını yerinə yetirməkdən imtina edir, onu get-gələ salır. Hansı ki, məhkəmə Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin üzərinə İsmayılova Xatirə Talıb qızının 01.09.1980-ci il tarixdən 17.02.1983-cü il tarixədək Məhsəti Gəncəvi adına Pedoqoji Məktəbdə əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoyub. Bununla belə, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilov məhkəmə qərarına məhəl qoymaq istəmir. Bu baxımdan Xatirə İsmayılova prezident İlham Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilov barəsində qanuni tədbirlər görülsün və barəsində çıxarılan məhkəmə qərarının yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar versinlər. Muxalifet.az Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.