​Dərsliklərə yeni mövzu salınacaq - Təhsil Nazirliyinə tapşırıq verildi

Baxış sayı:
319

Dərsliklərə yol hərəkəti təhlükəsizliyinə aid xüsusi mövzular salınacaq. 
BakuPost-un məlumatına görə, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Təhsil Nazirliyi 2019-2023-cü illrədə Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq fənn proqramlarına və dərsliklərə daxil edilmiş mövzuların tərkibində yol hərəkəti təhlükəsizliyinə aid baza bilik və bacarıqların əks etdirilməsi və ya belə xüsusi mövzuların nəzərdə tutulmasını təmin etməlidir.
Bu müddət ərzində yol hərəkətinin təhlükəsizliyi mövzusunda müxtəlif xarakterli müsabiqə və yarışlar da keçirilməli, dərnəklər təşkil olunmalıdır.