“Dərin dövlət”in adamı Ərdoğandan əvvəl açıqladı: Qaşıqçının cəsədi... – SENSASİYALI İDDİA

Baxış sayı:
4945

Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek bildirib.
“Türkiyə dövlətinin təhlükəsizlik qüvvələri konsulluqda aparılan axtarış zamanı cəsədin bəzi hissələrini tapdılar. Hesab edirəm ki, Ərdoğan bu gün bunu açıqlayacaq”, - o deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışında Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Camal Qaşıqçının qətli ilə bağlı hər şeyi danışacağını deyib.
“Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan bazar günü vurğulamışdı.