Döyüş təyyarəsi anbarın üstünə düşdü

Baxış sayı:
6163

ABŞ-da təlim uçuşu zamanı F-16 qırıcısı bir anbarın damına düşüb. Pilot paraşütla tullanaraq sağ qalıb, anbarda isə böyük yanğın başlayıb.
 
Qəza Moreno Vadisində yerli vaxtla saat 15: 45-də baş verib. Səlahiyyətlilər pilotun paraşütlə atladığını və xəstəxanaya qaldırıldığını söyləyib. Ayrıca, təyyarənin qəzaya uğradığı anbardakı yanğın səbəbilə yaxındakı bütün yanacaq məntəqələri qapadılıb, yollar bağlanıb.
Müxalifət.az