Döyülən jurnalistlər DİN-ə şikayət etdi

Baxış sayı:
3268

Bir qrup jurnalist Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla görüşüb.

Onlar Zahidova bu gün, martın 18-də Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi önündə iş adamı Mübariz Mənsimovun həbs qərarına etiraz aksiyasını çəkərkən polis tərəfindən təzyiqə məruz qaldıqlarını bildiriblər.

Bu barədə Turan-a məlumat verən görüşün iştirakçısı videobloger Nurlan Qəhrəmanovun sözlərinə görə, Zahidov onlara hadisə yerində polisin fəaliyyətinə maneçilik törətdikləri deyib. "O, bizə bildirdi ki, biz polisin fəaliyyətinə mane olmuşuq. Biz isə polis tərəfindən vəhşicəsinə döyüldüyümüzü dedik. O, bunu qəbul etmədi və biz əlimizdə olan videokadrları ona təqdim etdik. Ehsan Zahidov məsələni nə təkzib edərək, nə də təsdiqləyərək, araşdıma aparılacağını dedi".