Dövlət zamin olmasa "pilot layihə" vaxtında həyata keçirilməyəcək

Baxış sayı:
4351

Tikinti şirkətləri vətəndaşlarla münaqişə edərkən ziyana uğrayırlar Aprelin 15-də Bakının Yasamal rayonunda Şərifzadə küçəsinə gedən yol sökülmüş yataqxananın - 12 nömrəli binanın sakinləri tərəfindən bağlanıb. ATV telekanalı yaxınlığında piket 20 dəqiqəyə yaxın davam edib və polis gəldikdən sonra dayandırılıb. Sakinlər DogruXeber.az saytına bildiriblər ki, "Evrostroy" MMC tikinti şirkəti tərəfindən aldadıldıqları üçün narazılıqlarını nümayiş etdirmək məqsədilə piket keçiriblər. 2012-ci ildə bu şirkət Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə müqavilə bağlayıb, həmin müqaviləyə əsasən, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxana söküləcək, onun yerində 4 bloklu yaşayış binası tikiləcək, köhnə yataqxanada yaşayan Akademiya alimlərinin ailələri həmin binaya yerləşdiriləcək. 2017-ci ildə yeni bina tikilib, amma alimlərlə bağlanmış saziş yerinə yetirilməyib. Yataqxana artıq yoxdur, sökülmüş yataqxananın sakinləri ucuz mənzildən məhrum olublar, bir ildən çoxdur ki, onları aldadırlar. Evsiz alimlərin Yasamal rayon İcra Hakimiyyətinə müraciətlərinə cavab olaraq məsələni aydınlaşdırıb məlumat verməyi vəd edirlər, deyə DogruXeber məlumat verir. Yataqxana sakinlərinin AMEA-ya məxsus sökülmüş binada əmlak hüquqları yox idi, buna görə "Evrostroy" MMC aldadıbsa, sakinləri deyil, saziş bağladığı AMEA rəhbərliyini aldadıb. Bakıda vətəndaşların evlər və mənzillər üzərində qanuni haqlara (qəbalə kağızı) malik olmadığı və sakinlərin sökülmüş yeni binanın yerində yeni yaşayış binası tikildikdən sonra onlara yeni mənzillərin verilməsi müqabilində evləri boşaltmaq haqqında müqavilə imzalamağa məcbur edən tikinti şirkətlərinin vədlərinə inanmadığı çox sayda başqa hallar var. Turan İA bu münaqişələr barədə məlumat verib. Nəsimi rayon sakini Camal Rzayev Pilot İnşaat-A şirkəti ilə məhkəmədə çəkişir, onun Ş.Əzizbəyov küçəsində birmərtəbəli həyət evi sökülmüşdü. Şirkətin vədlərinə inanmayan Rzayev onun şərtlərini qəbul etməmişdi. 2017-ci il noyabrın ortalarında Nəsimi rayonundakı məhəllədə 104 ailənin əksəriyyəti təklif olunan müqavilələrdə təhvil verilmiş köhnə mənzillərin əvəzinə onlara yeni binada yaşayış sahəsinin qaytarılması barədə zəmanət olmadığını görərək, Grand Plaza şirkəti ilə müqavilə bağlamaqdan imtina edib. Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrində yerləşən məhəllədə münaqişə davam edir. 60-a yaxın ailə artıq müqavilələri imzalayıb və mənzillərini tərk edib, digərləri isə inad edir. Tikinti şirkəti itkilərə məruz qalır, belə ki, o, köçən ailələr üçün müvəqqəti mənzil kirayəsi pulunu ödəməli olur, yeni binanın inşaatına isə başlaya bilmir, çünki köhnə binanı bütün sakinlər tərk etməyiblər. Şirkətin şərtləri vətəndaşları təmin etmirsə, dövlət sakinləri mənzillərini tərk etməyə məcbur etmir. Bu məhəllədə münaqişə zəminində artıq iki dəfə - yanğın və ekskavatorun yaşayış binasını sökməsi nəticəsində vətəndaşların sağlamlığına ziyan dəyib. Elə həmin rayonda Abbas Səhhət, Xan Şuşinski küçələri, Azadlıq prospekti və Nəsib Yusifbəyli küçəsində yerləşən məhəllənin sakinləri Gloriya Palace MMC tərəfindən təklif olunan müqavilə ilə razı deyillər. Sakinlər Turan-la söhbətlərində müqavilənin fors-major halları baş verərsə tikinti şirkətinin vədləri yerinə yetirməmək hüququna malik olduğu barədə bəndini göstəriblər. Yəni insanlar küçədə qalacaqlar. Sakinlər müqavilənin yerinə yetirilməsinə dövlət zəmanəti tələb edirlər və evlərini tərk etmirlər. Bu məhəllədə xüsusi evlərdən birinin sakini Viktor Sapunkov tikinti şirkəti ilə müqavilənin mətnini tədqiq edib və başa düşüb ki, onu imzalamaq olmaz, belə ki, sakinə zəmanət verilmir, müqavilədə fors-major halları kimi göstərilən bir çox bəhanələrlə isə saziş ləğv edilə bilər. Səbail rayonunda, Bayıl yaşayış massivində, Xaqani küçəsi, 10 ünvanında köhnə çoxmənzilli binanın sakinlərinin faciəsi də eyni səbəbdən - vətəndaşların tikinti şirkətlərinin boş vədlərinə inanmaması səbəbindən yaşanıb. Fevralın 2-də Sabah Residence şirkəti bu evin sakini Viktor Luqanskinin və digər vətəndaşların mənzillərini söküb və əmlakını məhv edib. Maraqlıdır ki, fevralda bina sakinləri ilə görüşən rayon İH başçısı Eldar Əzizov onlara şirkətlə müqavilə bağlayarkən diqqətli olmağı məsləhət görüb, belə ki, bu sənədi imzaladıqda vətəndaşlar Sabah Residence-lə təkbətək qalacaqlar. Şirkət aldatsa rayon hakimiyyəti bakılılara kömək edə bilməyəcək. Şirkət nümayəndələri yalnız Səbail rayon İH ilə "pilot layihə"yə əsasən yeni binanın tikintisi haqqında müqaviləni və bu evin altında möhür və imza olmayan planını göstərirlər. "Dövlət müvəqqəti mənzil kirayəsi üçün pul verilməsi dayandırıldığı zaman şirkətin bizi mənzilsiz, küçədə qoymayacağına zəmanət vermir", deyə V.Luqanski Turan-a bildirib. Köhnə evlərin sökülməsi və onların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi Nazirlər Kabinetinin 86 saylı sərəncamı əsasında dövlətin renovasiya üzrə "pilot layihəsinə" əsasən həyata keçirilir. Hökumətin qərarının tam mətni http://cabmin.gov.az/page/doc/1790 saytında yerləşdirilib, amma saytın bu səhifəsi açılmır. Nazirlər Kabinetinin 86 saylı qərarının rəsmi mətni geniş ictimaiyyət üçün əlçatmazdır, rayon icra qurumlarının işçilərinin sərəncamındadır. Şirkətlərin sakinlərə təklif etdiyi müqavilə mətnində yeni binanın tikintisi qeyri-mümkün olduğu və ya tikinti şirkəti iflasa uğradığı, fırıldaqçılıq etdiyi təqdirdə dövlətin zəmanəti yoxdur. Məhkəmələrdə şirkətlərin maraqlarını təmsil edən dövlət şirkətlə müqavilə imzalayan vətəndaşlar evsiz qaldıqda kənarda qalır. Tikinti şirkətləri və vətəndaşlar arasında müqavilə mətnində dövlət zəmanətinin olmaması bu sənədlərin əsas nöqsanı və "pilot layihənin" vaxtında həyata keçirilməməsi ehtimalına səbəb olur", bu sözləri Turan-la söhbətində tikinti şirkətlərindən birinin adının açıqlanmasını istəməyən işçisi deyib. İnşaatçılar "pilot layihə" siyahısına düşmüş evlərin sakinləri ilə danışıqlarda çətinlik yaşayırlar, belə ki, şirkət və sakinlər arasında nümunə müqavilədə müqavilənin yerinə yetirilməsinə dövlət zəmanəti yoxdur. Sənədi qeyri-dövlət tərəfləri imzaladığına görə şirkət iflas etsə və ya başqa bir fors-major hadisəsi baş versə, sakin mənzilsiz və pulsuz qalacaq, dövlətdən öz hüquqlarını tələb etmək üçün əsasları olmayacaq. Əməkdaş bildirib ki, digər tikinti şirkətləri də sakinlərlə danışıqlarda eyni çətinlikləri yaşayırlar. Qızğın mübahisələr ağır məhkəmə proseslərinə keçir. Bu əməkdaş narazı sakinin iddiası üzrə məhkəmədə çıxış edərkən təmsil etdiyi şirkətin bütün bağlanan müqavilələr üçün dövlət zəmanəti verilməsini istədiyini bildirib. Bakının bir neçə tikinti şirkəti arasında dövlət sakinlər və şirkətlər arasındakı sazişlərdə üçüncü tərəf kimi iştirak etdiyi təqdirdə pilot layihənin xeyli tez həyata keçiriləcəyi barədə gizli razılıq var. "İnanın, sakinlər şirkətlərə inansaydılar və aldadılmaqdan qorxmasaydılar, biz yeni binanın tikintisinə başlayardıq, vətəndaşları yola gətirmək üçün aylarımızı sərf etməzdik", deyə şirkət əməkdaşı əlavə edib. Qeyd edək ki, Moskvada mənzil fondunun renovasiyası üzrə işlər çərçivəsində köçürülən Moskvalılarla bağlanan müqavilələrdə rayon icra hakimiyyəti dövlət zamini, vətəndaşların maraqlarının müdafiəçisi kimi çıxış edir.