​Dövlət uşaqları zəhərləyən qidalarla bağlı hərəkətə keçdi - BAKIDA YOXALAMALR BAŞLAYIR

Baxış sayı:
5932

Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyi Azərbaycana gətirilən bəzi qida məhsullarının tərkibində nöqsanların aşkarlanması ilə bağlı məlumat yayıb.
Agentliyin Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib ki, satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilib və bu məhsulların vitrinlərdən yığışdırılması üçün keçən həftənin sonunadək vaxt verilib.

Artıq Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı mağazalarda və digər satış obyektlərində reydlərə başlayıb.
Qeyd edək ki, adları yuxarıda qeyd edilən məhsulların mağazalardan yığışdırılmasına səbəb onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub./publika/