Dövlət sirlərini FRANSIZLARA VERİB

Baxış sayı:
7918

Türkiyənin ana müxalifəti hesab olunan CHP-dən millət vəkili Eren Erdəmin terror təşkilatı PKK-nın 3 qurucusunun Parisdə sui-qəsd ilə öldürüldüyü hadisənin tək müttəhimi Ömər Güney ilə bağlı verdiyi məlumatların görüntüləri ortaya çıxıb. Görüntülərdə Erdəmin MİT-dən aldığı məlumatları jurnalistlərə verdiyi görünür.
 
Parisdə əli qanlı terror təşkilatı PKK-nın 3 əhəmiyyətli şəxsi Səkinə Cansız, Fidan Doğan və Leyla Şaylemez vurularaq öldürülüb. Sui-qəsdin müttəhimi Ömər Güney isə məhkəmə iclasına 36 gün qalmış həyatını itirmişdi. Hadisəylə bağlı məlumat toplayan Fransız jurnalistlər MİT haqqında CHP-li Eren Erdəmlə əməkdaşlıq edirlər. Fransız jurnalistlərin yanında MİT-ə zəng edib, deputat statusundan istifadə edən Eren Erdəm, MİT-dən aldığı məlumatları jurnalistlərə ötürür.
 
MİT HAQQINDAKI MƏLUMATLARI FRANSIZLARA DANIŞIR
 
Fransız jurnalistlərin verdiyi nömrənin Ərzurum kəşfiyyatına məxsus olduğunu irəli sürən Erdəm, MİT ilə bağlı mühüm məlumatları detallı bir şəkildə izah edir. Türkiyəyə qarşı Fransızlarla birlikdə hərəkət edən Eren Erdəm, PKK-lı və Ömər Güneyin öldürülməsində MİT-i ittiham edərək Fransız jurnalistlərə kəşfiyyat məlumatı ötürür.
 
FRANSIZLARI TÜRKİYƏ QARŞI XƏBƏRDAR EDİR
 
Videoda Fransız jurnalistlərin əllərindəki sənədləri araşdıran və sənədlərdəki şəxslər haqqında məlumat verən CHP-li Erdəm, Fransız jurnalistləri Türkiyəyə qarşı "Bu sənədlər çox əhəmiyyətlidir. Bunları təhlükəsiz bir yerdə saxlamağınız lazımdır. Əgər bu sənədlər hökumətin əlinə keçərsə, böyük risk etmiş olarsınız" sözləri ilə xəbərdar edir.
 
KÖRPƏ QATİLLƏRİNİ "PARTİZAN” ADLANDIRIR
 
CHP-li millət vəkili Erdəmin çıxışlarında diqqəti çəkən digər bir məqam isə əli qanlı terrorçulara PKK ağzıyla “partizan" sözünü işlətməsi olub.
Müxalifət.az