​Dövlət məmurları haqda hökm: şallaq, 13 il həbs...

Baxış sayı:
2470

Təbriz Bələdiyyə İdarəsi və 4-cü Şəhər Şurasının üzvləri ilə bağlı korrupsiya dosyesinə baxılıb və müttəhimlər haqda hökm çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsi məlumat yayıb.
Məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi 24 müttəhim haqda qəti qərar verib.
Onlardan 12-nin kimliyi açıqlanıb. Müttəhimlərin əksəriyyəti rüşvət almaqda, bir neçəsi isə rüşvət verməkdə günahlandırılıb. Onlar barəsində həbs (1 ildən 13 ilədək), cərimə, şallaq və müvəqqəti olaraq hökumət işində çalışmaqdan məhrum edilmə kimi cəza hökmü çıxarılıb.