Dövlət idarəsində ani ölüm

Baxış sayı:
18004

Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsində ölüm hadisəsi baş verib.
Muxalifet.az-ın məlumatına görə, bu gün axşam saatlarında İdarənin Daşağıl kəndindən olan 1964-cü il təvəllüdlü əməkdaşı Qədirov Nərman Fərman oğlunun vəziyyəti anidən pisləşib və o, keçinib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılsa da, 55 yaşlı N.Qədirovun ürək tutmasından artıq öldüyü məlum olub.