DÖVLƏT DEPARTAMENTİ: Azərbaycanda 10 jurnalistdən 9-na edilən hücum cəzasız qalır

 "Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər,” deyə Dövlət Departamentinin sözçüsü Heather Nayert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib.
“Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələr yayan propaqandanın qarşısını alırlar. Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır" -
bir sıra ölkələrdən nümunələr gətirən Nayert Azərbaycan, Rusiya, Türkiyə, İraq və Suriyanı sadalayıb.
“Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır,” Nayert bildirib.
O, qeyd edib ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam funksiya göstərməsinə vasitəçilik edir.
"Rusiyada jurnalistlərin qətli istiqamətində cavabdehliyə doğru proqres baş vermir. Türkiyədə jurnalistlərə və müstəqil media institutlarına hücumların müəllifləri minimum vcəzalar alırlar. Bu cəzasızlıq müstəqil medianın hədəf alınmasında ədliyyə qanadından istifadə fonunda baş verir,” Dövlət Departamentinin sözçüsü bildirib.
Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət media peşəkarlarına qarşı cinayətlərdə cəzasızlığıa son qoymaq üçün birgə hərəkət etməlidir. Nauert ABŞ-ın “xaricdə azad, peşəkar müstəqil mətbuata sədaqətini yenilədiyini” deyib.