"Dövlət büdcəsində sosial xərclərin artırılmasına ehtiyac var” - ZİYAD SƏMƏDZADƏ

Baxış sayı:
12484

“Bəzən professional olmayan iqtisadçılar, ekspertlər qeyd edirlər ki, Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclər az təşkil edir. Amma dərk etmirlər ki, bu rəqəmlərin arxasında nə qədər böyük dinamik inkişaf var”.

Muxalifet.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri xatırladıb ki, XXI əsrin əvvəllərində dövlət büdcəsinin 86-87 faizini cari xərclər təşkil edirdi:

“Cari xərclərin içərisində isə əsas yeri əməkhaqqı tuturdu. Özü də aşağı əməkhaqqı. Bu rəqəmləri təhlil edən zaman adam heyrətə gəlir ki, biz nə qədər inkişaf yolu keçmişik. 86 faiz ilk baxışdan böyük rəqəm görünür. Amma o zaman dövlət büdcəsi cəmi 1 milyard manat idi. 1 milyardlıq büdcənin 86-87 faizi isə 580 milyon manat edirdi. Bu gün isə dövlət büdcəsində cari xərclərimiz 50 faiz təşkil edir. Biz tədricən iri layihələri həyata keçirəndən sonra cari xərclərin strukturunda da bir sıra mütərəqqi dəyişikliklər edəcəyik”.

Ziyad Səmədzadə qeyd edib ki, dövlət büdcəsinin sosial xərclərə ayrılan hissəsinin təkmilləşməyə ehtiyacı var:

“Təbii ki, sosial xərclərin artırılmasına ehtiyac var”.