​"Dövlət büdcəsi haqqında" Qanun yenidən müzakirəyə çıxarılacaq

Baxış sayı:
5422

Bu gün Milli Məclisin yaz sessiyası fəaliyyətə başlayıb.
İclası spiker Oqtay Əsədov açıq elan edib. Daha sonra Dövlət Himni səsələndirilib.
Spiker parlamentin qanunvericilik fəaliyyətinin bu sessiyada da məhsuldar olacağını deyib:
“Milli Məclis Prezidentin daxili və xarici siyasətini dəstəkləmək üçün əlindən gələni edib. Bu sessiyada da qanunvericilik fəaliyyətinin məhsuldar olacağına inanıram, ötən sessiyada əldə edilən uğurlar bu sessiyada da davam etdiriləcək. Yaz sessiyasının qanunvericlik planı hazırdır. Konstitusiyanın tələbinə əsasən, bu sessiyada Nazirlər Kabinetinin hesabatı dinləniləcək, "Dövlət büdcəsi haqqında" Qanun yenidən müzakirəyə çıxarılacaq, Ombudsman, Hesablama Palatası, bələdiyyələrin fəaliyyətini inzibati qaydada idarə edən qurumun hesabatı dinləniləcək”.