Dövlət başçısına “cinsi təcavüz” ittihamı

Baxış sayı:
7369

“New York Times” qəzetinin verdiyi məlumata görə, sülh fəalı və psixiatr Alexandra Arce von Herold 78 yaşındakı Nobel mükafatı laureatı Arias Sançezə cinsi təcavüz ittihamı ilə prokurorluğa müraciət edib. Arce von Herold etdiyi açıqlamada, 2014-ci ildə Ariasın anti-nüvə fəaliyyətindən əvvəl keçmiş prezidentin evindəki bir yığıncaqda cinsi təcavüzə uğradığını irəli sürüb. Keçmiş prezident Arias Sánçez isə öz vəkili vasitəsi ilə verdiyi açıqlamada, ittihamı rədd edib. Arias Sançez günahsız olduğunu və məhkəmədə özünü müdafiə edəcəyini deyib və heç bir qadının iradəsinin əleyhinə bir davranış olmadığını ifadə edib. Qeyd edək ki, 1986-1990 və 2006-2010-cu illərdə Kosta Rikada prezident vəzifəsini icra edən Arias Sançes, Mərkəzi Amerika ölkələrində bir çox münaqişələri aradan qaldırmaq üçün 1987-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür. Müxalifət.az