Dövlət başçısı Səudiyyədə yoxa çıxdı: İkinci Qaşıqçı hadisəsi..?

Baxış sayı:
3241

Qabon prezidenti Əli Bonqo Ondimba, Gələcəyə Sərmayə Təşəbbüsü Konfransında iştirak etmək üçün getdiyi Ər-Riyaddan bir daha qayıtmayıb. Ondimbadan 24 oktyabrdan bəri xəbər alınmır.
 
Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülməsindən sonra dünya yeni bir sui-qəsd ehtimalını danışır. Qeyd edək ki, Qabon prezidenti Əli Bonqo Ondimba, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçirdiyi Gələcəyə Sərmayə Təşəbbüsü Konfransında iştirak etmək üçün oktyabrın 24-də Ər-Riyada gedib və o zamandan bəri onun haqda heç bir məlumat yoxdur.
 
Xəstəxanada saxlanılır iddiası
 
24 oktyabrdan sonra Ondimbadan bir daha xəbər alınmayınca ağıllara “Görəsən başçı Ondimba, Camal Qaşıqçı kimi, bir sui-qəsdəmi qurban getdi” sualı gəldi.
Digər tərəfdən, AFP xəbər agentliyi, ötən günlərdə Ondimbanın Səudiyyə Ərəbistanında bir xəstəxanada saxlanıldığını iddia etmişdi.
Müxalifət.az