Dövlət Bağçalıdan Qalatasarayla bağlı ÇOX SÜRPRİZ ÇIXIŞ

 Əcnəbi futbolçu sayının çox olmasını tənqid edən MHP-nin lideri Dövlət Bağçalı, "Beşiktaş 11 əcnəbi futbolçuyla meydançaya çıxsa, klubdan gedərəm" deyərək, sərt açıqlama verib.
 
Qalatasaraydakı əcnəbi futbolçu sayına dair daha əvvəlki dəyərləndirməsini xatırladan Dövlət Bağçalı, komandaların yerli futbolçulara da yer vermələrinin faydalı olacağını söyləyib.
Dövlət Bağçalı, bunları qeyd edib: “Galatasaraylıları bunu düşünməsi lazımdır. 11 nəfərlik komanda qurursunuz, 11-i də xarici. Yəni məşqçi də əcnəbi olarsa, o zaman, bəlli olmayacaq hansı ölkənin komandasısınız, harada oynayırsınız? Qalatasaraylıların bunu düşünməsi lazımdır. Bunun üçün ya ad dəyişsinlər, ya da bundan imtina etsinlər.
Fənərbaxça, Qalatasaray, Beşiktaş 1900-cü illərdən bəri olan klublardır. Bu klubların üzərində elə kölgə olmamalıdır. İki-üç dənə olarmı, olar. Bizdən də xaricə gedənlər var. Oradan da bizə gələnlər ola bilər. Amma 11 dənə gəlirsə, artıq bu haqda düşünmək lazımdır. Beşiktaşda olmuş olsa,  indi manşetlik bir söz deyəcəyəm, Beşiktaş 11 əcnəbi futbolçuyla meydançaya çıxsa, xalis bir Beşiktaşlı olmağıma baxmayaraq, klubdan ayrılaram.
Xarici futbolçuların bəzilərinin adlarına dilin də çönmür. Bəziləri İspaniya, bəziləri Braziliyalıdır. O baxımdan, bizim gənclərimizə yol verməyimiz lazımdır. Bunun üçün də infrastruktur dediyimiz faktoru inkişaf etdirməkdə fayda vardır. İnfrastrukturda da Beşiktaş ustaddır. Gözəl futbolçular çıxarmışdır, yenə çıxır".
Müxalifət.az