Dostunu üzündən bıçaqladı - BAKIDA DAVA

Baxış sayı:
1768

Bakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.