​Dostu Sevda və atası ilə bağlı HƏR ŞEYİ AÇDI: Verdiyi əzabı yadına salsın və... - FOTO

Baxış sayı:
9295

Xəbər verdiyimiz kimi, müğənni Sevda Yəhyayevanın ögey atası Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq müğənni haqqında şok ittihamlar səsləndirib. O, qızının həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Sevda Yəhyayeva danışmasa da, onun yaxın dostu Pərviz Əsgərov geniş açıqlama verib. Pərviz Əsgərov qeyd edib ki, Sevda xanıma qarşı səsləndirilən ittihamlar tam absurddur:
“Sevda xanımla 11 il işləyən, daim evində olan və ən yaxın dostu kimi rahatlıqla əmin edə bilərəm ki, o insan heç vaxt Sevdaya qarşı xoş münasibət göstərməyib. Verilişdə səsləndirdikləri ağ yalandır. Efirdə deyir ki, 15 həftə Sevdanı “Yeni ulduz” müsabiqəsinə aparıb-gətirmişəm. Necə aparıb-gətirib ki, o, müsabiqə vaxtı ATV-yə avtobus və metro ilə tək gedib-gəlirdi. Elə yaxşı insandırsa, niyə Sevda ilə anası mağazada işləyəndə əzab verirdi, qışda soba istifadə etməyə qoymurdu? Elə yaxşı insandırsa niyə doğma övladları ona sahib çıxmır. Sevda məşhurdur və pulu var deyə üstünə gəlməlidir?
Sevdanı hamı tanıyır, necə xasiyyəti olduğunu bilir. Onu səmimi və tərbiyəli olduğuna görə xalq sevir və məclislərinə dəvət edirlər”.
Pərviz Əsgərov müğənninin anasına xidmətçi kimi yanaşmadığını da dilə gətirib:
“Sevda xanım heç vaxt anasına qarşı o düşüncəylə yanaşmayıb. Həmin şəxs efirdə deyir ki, anasını evə qulluqçu kimi aparıb. Sevdanı həyat yoldaşımla dəfələrlə Amerikaya dəvət etmişik, amma anasını müalicə etdirdiyi üçün gəlmir. Hamı da yaxşı bilir ki, Sevda anasına və ailəsinə qarşı necə bağlı insandır. Amerikaya köçənə kimi Sevda ilə işləmişəm, biz hər məclisdən çıxanda anası zəng edib nə vaxt gələcəyimizi soruşurdu və bu hal indi də davam edir. Sevda ilə anası bir-birinə o qədər bağlıdır ki, “anasını evinə qulluqçu kimi aparıb” sözü absurddur.
Sevda ilə işlədiyi müddətdə onun daim anası ilə bir yerdə yaşadığını görmüşəm. Və mən o insanı heç vaxt Sevdagildə görməmişəm. Onun Sevda ilə anasına işlədiyi dükanda verdiyi əzabı yadına salsın, utansın. O şəxsin Bakıda evi yoxdur. O vaxt Qobuda Sevdagildə yaşayıb”.