"Dördtərəfli danışıqların vaxtı Rusiyadan asılıdır" - RƏSMİ KİYEV

Baxış sayı:
7580

"Ukraynanın şərqindəki beş ildən çoxdur davam edən mühribə ilə bağlı beynəlxalq sammitin vaxtı Rusiyadan asılıdır". Bunu cümə günü Ukraynanın xarici işlər naziri Vadim Pristaiko bildirib. Moskva ilə Kiyev arasındakı danışıqlarda irəliləyiş oktyabrın 1-də, ilk dəfə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin üç il ərzində münaqişə ilə bağlı dördtərəfli görüş keçirmək qərarından sonra baş verib. O gündən bəri Kreml Kiyevi irəliləyişin olmamasında günahlandırsa da, Pristaiko Ukraynanın sammit üçün mümkün şərtlərə yaxın olduğunu, Kiyev, Paris və Berlinin "Normandiya Formatı" adlandırılan görüşə hazır olduqlarını deyib. "Biz lazımi şəraiti yaradırıq. Hər şey Rusiyadan asılıdır" - deyə, o, Kiyevdə jurnalistlərə bildirib. Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi üsyançı döyüşçülər 13 mindən çox insanın ölümü ilə nəticələnən qarşıdurmaya son qoymaq üçün çərşənbə axşamı yerli vaxtla saat 12-dən başlayaraq Ukraynanın şərqindəki Luqansk bölgəsində yerləşən Zolote şəhərindən geri çəkilməyə başlayıb. Hər iki tərəf qoşunların geri çəkilməsinə razılıq versə də, atəşkəs rejiminin pozulması ilə bu razılıq dəfələrlə pozulub. "Atışma davam edir, təəssüf ki, bu, tərəflərdən birinin irəliləyiş istəmədiyinə işarədir. Çünki bu, görüşdən əvvəl son addımdır" - deyə, Pristaiko əlavə edib.