Dörd uşağını motosikletlə bu şəkildə məktəbə apardı- FOTO

Baxış sayı:
16006
Uşaqlarını motosikletlə məktəbə aparan valideyn insanlar tərəfindən sərt qınanıb. Bir vətəndaşın mobil telefonla çəkdiyi görüntülərdə motosiklet idarə edən valideyn dörd övladını təhlükə qarşısında qoyaraq məktəbə aparır.
 
Moderator.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Qız övladını önündə, üç oğlunu isə arxada əyləşdirən məsuliyyətsiz valideyn məktəb çantalarını da sükandan asaraq yola çıxıb.  
 
Görüntülər sosial mediada da gündəm olub. İnsanlar övladlarını təhlükəyə atan valideynin bu hərəkətini sərt qınayıblar. 
 
Moderator.az həmin fotoları təqdim edir.