​Dörd gün öncə işdən çıxan nazir intihar etdi

Birləşmiş Krallığın tərkibindəki Uels hökumətində bir müddət əvvəl nazir postundan istefa verən Karl Sergent evində ölmüş vəziyyətdə tapılıb.
Muxalifet.az xəbər verir ki, onun intihar etdiyi güman edilir.
Qeyd edək ki, barəsində səsləndirilən təcavüz olayları ilə bağlı Sergent 3 noyabrda nazir postundan və üzvü olduğu İşçi Partiyadan uzaqlaşdırılmışdı.
O, haqqında yayılan iddiaların yalan olduğunu əsas gətirərək məhkəmədən müstəqil araşdırılma aparılmasını tələb etmişdi.