“Donuz qripi”ndən ölüm faktı qeydə alındı

Baxış sayı:
4240

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Surqut şəhərində “donuz qripi”ndən ölüm faktı qeydə alınıb.

“Mash” telegram-kanalı xəbər verir ki, hadisə martın 6-da baş versə də, bu barədə yalnız bu gün məlumat verilib.

Surqut sakini fevralın 27-də qrip əlamətləri ilə həkimə müraciət edib və elə həmin gün dairə klinik xəstəxanasının infeksion xəstəliklər şöbəsinə qəbul edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti pisləşib və reanimasiya şöbəsinə köçürülüb, burada da dünyasını dəyişib.