​Donbasın QANUNİ RƏHBƏRİ: Qarabağ separatçıları yoluxucudur

Baxış sayı:
2299

Azərbaycan və Ukrayna mütləq ərazi bütövlüklərini bərpa edəcəklər.
Muxalifət.az xəbər verir ki, bunu "Haqqin.az" saytına açıqlamasında Ukraynanın Donetsk Vilayəti Administrasiyasının rəhbəri Pavel Jebrivski söyləyib. Onun sözlərinə görə, əgər Donetsk və Qarabağdakı separatçılar xaricdən dəstək almasaydılar, bir gün də ayaqda qala bilməzdilər:
"Azərbaycan varlı neft ölkəsidir. Hansı millətdən olmasından asılı olmayaraq, o öz vətəndaşları üçün çox şey edib. Separatçılar özlərinin yoluxucu təbliğatları ilə insanların fikrinə Donbasda olduğu kimi təsir edirlər. Sizi əmin edirəm ki, bu təbliğat işə yaramayacaq. Ona görə ki, reallıq hər zaman özünü diktə edir".