Donbasda döyüşlər başladı: İTKİLƏR VAR
24-11-2017 11:30
Donbas istiqamətində vəziyyət gərginləşib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyi yayıb. Nazirlik dünən Ukrayna ordusu ilə Donbasdakı rus separatçılar arasında toqquşmanın olduğunu bildirib. Nəticədə Ukraynanın 5 əsgəri ölüb, 4 nəfər yaralanıb. Separatçılar tərəfindən 8 nəfər ölüb, 9 nəfər yaralanıb.
Krımski şəhəri istiqamətində başlayan döyüş 8 saat davam edib.