“DONALDA TƏKLİF ELƏDİM, RAZILAŞMADI...” - Putin ABŞ-a hipersəs sürətli raket satmaq istədiyini açıqladı

Baxış sayı:
542

Rusiya prezidenti Vladimir Putin bu gün Vladivostokda Şərq iqtisadi forumu zamanı ABŞ-ın dünya hegemonluğunun “doğrudan da başa çatdığını” bildirib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Putin Hindistan və Çin olmadan dünya problemlərini həll etməyin mümkünsüzlüyünü deyib. Habelə bildirib ki, ABŞ-a Rusiyanın yeni hipersəs sürətli silahlarını satmağı təklif etmişdi.

Putinin sözlərinə görə, Osakada G20 sammiti zamanı o ABŞ prezidenti Donald Trampa Rusiyanın hipersəs sürətli zərbə komplekslərini almağı təklif edib. Ona görə ki, yeni Rusiya silahlarını “ümumi anlaşmada” hesaba almaq mümkün olsun və dünyada silahlar üzrə balans yaransın.

Lakin Putinin dediyi kimi Tramp bu təklifdən imtina edib, deyib ki, Pentaqon özü tezliklə belə silah əldə edəcək. “Yəqin ki, tezliklə istehsal edəcəklər. Lakin pulu xərcləmək nəyə lazımdır, bir halda ki, biz artıq xərcləmişik. Təhlükəsizliyimizə xələl gətirmədən onlardan nəsə ala bilərdik”,-Rusiya prezidenti belə deyib.