"Donald Trampı impiçment etmək lazımdır" - Konqres üzvü

Baxış sayı:
7570

ABŞ-ın Demokratlar Partiyasından Konqres üzvü Maksin Uoters bildirib ki, ABŞ prezidenti Donald Trampı impiçment etmək lazımdır.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" sosial şəbəkəsində öz səhifəsində yazıb.
Maksin Uotersin sözlərinə görə, ona edilən müraciətlərin 90 faizi Trampın impiçmentinə dəstəklə bağlıdır. Uoters qeyd edib ki, hazırda demokratlar arasında Hüquq komitəsinin təşəbbüs etməli və öyrənməli olduğu impiçment haqqında qətnamə ilə bağlı fikir ayrılıqları var.
Martın 24-də məlum olub ki, ABŞ prezidenti Donald Trampın impiçmentinin prosedurunun işə salınması Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkilərə müdaxiləsi işi ilə bağlı xüsusi prokuror Robert Müllerinin araşdırılmasının başa çatmasından sonra mümkündür.