Donald Tramp vəzifədən azad edilə bilər - TƏFƏRRÜAT

Baxış sayı:
3640

ABŞ prezidenti Donald Trampın vəzifəsini sui-istifadə etməsi ilə bağlı güclü faktlar ortaya çıxıb.
Muxalifet.az
xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp haqqında vəzifədən azad edilməsi ilə bağlı məhkəmə prosesi başladılıb. İstintaqın əsasını təşkil edən 300 səhifəlik hesabat sənədində D.Trampın ölkənin təhlükəsizliyini qoruya bilməməsi və demokrat partiyasının üzvü olan rəqibini  qaralamaq üçün güc sərf etdiyi açıqlanıb. Həmin sənəddə istintaqın aparılmasını davam etdirən faktlar qeyd olunub: “ İstintaq çərçivəsində aparılan araşdırmada  D. Trampın həm şəxsi olaraq, həm də Amerika hökümətinin  daxilində və ya xaricində digər şəxslər üzərindən təkrar seçilmək üçün Ukraynanın müdaxiləsini tələb etdiyi faktı aşkarlanıb. İstintaqın mərkəzində D.Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında 25 iyul 2019-cu il tarixli telefon danışığı dayanır”.
Həmçinin D.Trampın həm vəzifəsindən sui-istifadə etdiyi, həm də Konqresin istintaqına mane olmaq istədiyi barədə sənəddə bildirilib: "D.Trampdan başqa heç bir prezident konstitusiya və Konqresin səlahiyyətlərindən sui-istifadə etməyib”.
İstintaqla bağlı açıqlama verən  Ağ Evin sözçüsü Stefani Qrişam həm hesabatı, həm də Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiffin rəhbərlik etdiyi istintaqı rədd edib.
Verilən məlumata görə Komissiyanın ilk iclası dekabrın 4-də keçiriləcək. Ağ Ev Trampın,  Nümayəndələr Palatasının çərşənbə günü keçirəcəyi  iclasda iştirak etməyəcəyini söyləyib.
Trampın hüquq məsləhətçisi Pat Kipollon, Ədalət Komissiyasına göndərdiyi məktubda istintaqın ədalətsiz və əksik olduğunu iddia edərək bildirib: “Trampın  iclasa gəlməsini gözləmək "ədalətli" olmayacaq”.
Qeyd edək ki, Tarixdə ABŞ-ın yalnız iki prezidenti Bill Klinton və Andrew Johnson haqqında  vəzifədən azad edilmə istintaqı aparılıb, ancaq heç biri işdən çıxarılmayıb.