Donald Tramp: "İran əsla nüvə silahına sahib ola bilməyəcək"

Baxış sayı:
3970

Ağ Ev rəsmisi Kellyanne Conway, ABŞ prezidenti Donald Trampın hələ də İran ilə nüvə sazişini müzakirə edə biləcəyinə inandığını bildirdi.
Conway, həmçinin, Trampın hədəflərində olan 52 nöqtədən bəzilərinin İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli yerlər olduğunu bildirməyinə də aydınlıq gətirdi. Conway, "Tramp, İranın mədəni baxımdan dəyərli yerlərini hədəf aldığını nəzərdə tutmamışdı. Sadəcə sual soruşurdu" dedi.
Digər tərəfdən, UNESCO verdiyi bəyanatda, ABŞ və İrana mədəni miraslara ziyan verməmək barəsində imzaladıqları razılaşmanı xatırlatdı.
ABŞ prezidenti Donald Tramp, twitter hesabından "İran əsla nüvə silahına sahip ola bilməyəcək" paylaşımı etdi.
Muxalifet.az