Dollarla bağlı ŞOK AÇIQLAMA: Bu il 6 faiz...

Baxış sayı:
6208

ABŞ-ın milli valyutası olan dollar yaxın zamanlarda dəyərini itirəcək.
Amerikanın “Morgan Stanley” sərmayə bankı bu il dolların 6% dəyərdən düşəcəyini açıqlayıb.
Bankın analitikləri ABŞ-ın iqtisadi inkişafının sürətinin azalması və FED-in siyasətinin dollar üzərində təzyiq yaratdığını bildirir. Ölkə xaricindəki sərmayələrin də aşağı olmasının dolların dəyərdən düşməsinə təsir edəcəyi deyilir.
“Morgan Stanley” strateqləri dollardakı güclənmə və artan dollarla edilən sərmayələrin son illərdə faydalı bir valyuta dövriyyəsi yaratdığını, lakin bunun yaxın zamanlarda tam tərsinə çevriləcəyini qeyd edir.
Qeyd edək ki, daha əvvəl “Goldman Sachs Group Inc.” və “Western Asset Managemen” şirkətləri dolların dəyərdən düşməsi ilə bağlı iddialar irəli sürmüşdü./Publika